Dünən Türkiyədə vəfat edən sabiq deputat Fəzail Ağamalının nəşi Azərbaycana gətirilib. Onunla vida mərasimi keçiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə mərhumun qızı, millət vəkili Günay Ağamalı paylaşım edib.
O bildirib ki, vida mərasimi bu gün saat 12:00-da Heydər məscidində keçiriləcək.
Dəfndən sonra Heydər məscidində hüzr mərasimi təşkil olunacaq.
Mərhumun 3-7 mərasimi isə 12 fevral saat 11:00-15:00 aralığında Heydər məscidində keçiriləcək.
Həmçinin, o, sosial şəbəkə hesabında belə yazıb:
“Atam, Azərbaycan siyasətində və ictimai həyatında özünəməxsus yeri olan Fəzail Ağamalının vəfatı ilə bağlı ünvanladığınız başsağlığı mesajları, zəngləriniz, ziyarətləriniz ailəmiz üçün böyük təsəllidir. Hər birinizə minnətdarlığımızı ifadə edirik”.
