FHN hindistanlı turistin axtarışı barədə məlumat yaydı – VİDEObackend

FHN hindistanlı turistin axtarışı barədə məlumat yaydı - VİDEO

13 may 2022-ci il tarixində Zaqatala rayonu ərazisində itkin düşmüş Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin axtarışları davam etdirilir.

FHN-dən KONKRET.az-a verilən məlumata görə, hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və yerli əhali tərəfindən həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*