FİDE prezidenti idmançılarımızı TƏBRİK ETDİbackend

FİDE prezidenti idmançılarımızı TƏBRİK ETDİ

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Arkadi Dvorkoviç prezidenti İtaliyadakı U-20 dünya çempionatında qızıl medal qazanmış Azərbaycan təmsilçiləri Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib.

Azərbaycan Şahmat Federasiyasından KONKRET.az-a verilən məlumata görə, bağlanış mərasimindən sonra qaliblərlə görüşən funksioner onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Bunda öncə isə dünya çempionlarına qızıl medal və kubok təqdim olunub. Onların şərəfinə Azərbaycan himni səsləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*