FİFA-da translarla bağlı çətin müzakirə – Qadın, yoxsa kişi komandasıbackend

FİFA-da translarla bağlı çətin müzakirə - Qadın, yoxsa kişi komandası

Beynəlxalq Futbol Federasiyası (FİFA) qadın futbolunun müasirləşdirilməsi layihəsini hazırlayıb. Bu layihənin məqsədi transların yarışlarda iştirakını asanlaşdırmaqdır.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb .

Mənbənin sözlərinə görə, FİFA trans insanlar üçün testosteron həddini aradan qaldırmağı və onlara yarışlarda iştirak etməyə icazə verməyi planlaşdırır. Amma rəqabət üstünlüyü olan trans idmançılar yarışa buraxılmayacaqlar.

Bundan əvvəl FİFA prezidenti Canni İnfantino futbolda təmiz vaxtın tətbiqindən danışıb .

Həmçinin bir gün əvvəl Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun zamanı beş əvəzetmənin təsdiqlənməsi barədə qərar qəbul edib. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*