Finlandiya ABŞ-dan F-35 qırıcıları alacaq – NATO-ya üzvlük əvəzinə…backend

Finlandiya ABŞ-dan F-35 qırıcıları alacaq - NATO-ya üzvlük əvəzinə...

Fin ordusunun silahlanmasında Amerika Birləşmiş Ştatları (ABŞ) istehsalı olan yüzlərlə döyüş təyyarəsi yer alacaq. Müdafiə sferasında iki dövlət arasında bağlanan kontrakt 27 milyard dollar həcmində qiymətləndirilir. Pentaqonda və Dövlət Departamentində inandırmağa çalışıblar ki, bu razılaşma bölgədə hərbi balansın əsaslarına təhlükə yaratmayacaq.

Helsinki 5-ci nəsil qırıcı-bombardmançılarına aid olan 64 ədəd F-35 və radarlar üçün görünməz olan 50 ədəd F/F-18E/F Super Hornet təyyarəsi almaq niyyətindədir.

ABŞ həm də Finlandiyaya təyyarələr üçün ehtiyat hissələri və yüksək dəqiqlikli bomba və raketlər tədarük edəcək.

Finlandiya ilə həmsərhəd olan Rusiya isə bu sövdəni şərh etməyib.

Bundan əvvəl xəbər verilmişdi ki, Finlandiyada NATO-ya birləşməyin tərəfdarı olanların sayı azalıb. İstənilən halda son illərin məlumatlarına görə, bu ölkədə NATO-ya inteqrasiyanın tərəfdarlarının sayı ölkə əhalisinin 1/4-dən artıq deyil.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*