Tanınmış reper Pi Diddi xüsusi saxlanma blokuna köçürülüb.
KONKRET.az xəbər verir ki, buna səbəb onun həbsxanadakı “VIP şəraiti” barədə dərc edilən araşdırmaya görə olub.
Bu, həbsxana rəhbərliyinin daxili yoxlama apardığı müddətdə tətbiq olunan standart prosedurdur.
Bundan əvvəl NBC News-un mənbələri iddia etmişdi ki, Pi Diddinin həbsxanada mobil telefona çıxışı olub və o, bu telefonla keçmiş sevgilisinin çılpaq fotolarına baxıb. Məlumata görə, kameradaşları onun tualetini təmizləyib, çarpayısını yığışdırıb, paltarlarını yuyub və ona yemək hazırlayıblar. Bunun müqabilində Pi Diddinin ətrafındakılar guya onların həbsxana hesablarına minlərlə dollar köçürüblər.
Xatırladaq ki, reper üçün bu, ilk hadisə deyil. Bundan əvvəl o, başqa məhbusla dava etdiyinə görə xüsusi təcridxanaya göndərilmişdi.
Qeyd edək ki, Pis Diddi 2025-ci ildə fahişəlik məqsədilə qadınların ştatlararası daşınması üzrə iki epizodda təqsirli bilinib. O, 50 ay azadlıqdan məhrum edilib və 21 yanvar 2028-ci ildə azad olunmalıdır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
