Finlandiya İsveçsiz NATO-ya üzv olmaqdan İMTİNA EDİRbackend

Finlandiya İsveçsiz NATO-ya üzv olmaqdan İMTİNA EDİR

Finlandiya Prezidenti Niiniste İsveç olmadan NATO-ya üzv olmaqdan imtina edir.

KONKRET.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Sauli Niinistö Alyansın baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Helsinkinin Stokholm olmadan NATO-ya daxil olmaq planı yoxdur. Onun sözlərinə görə, Türkiyə ilə İsveç arasında yaranan çətinliklər Finlandiya üçün də problemdir.

“Mən deyirəm ki, İsveçin məsələsi həm də bizimdir. Bu o deməkdir ki, biz əl-ələ verib irəliləyəcəyik”, – prezident deyib.

Rusiyanın Ukraynada hərbi “xüsusi əməliyyatı”na başlamasından sonra İsveç və Finlandiya NATO-ya daxil olmaq istəklərini bildiriblər.

Mayın 18-də ölkələrin xarici işlər nazirliklərinin nümayəndələri ərizələri Alyansın mətbuat katibi Yens Stoltenberqə ötürmək üçün Brüsselə gəliblər, baxmayaraq ki, Türkiyə onların qərarına qarşı çıxıb, Stokholm və Helsinkinin müraciətlərinə mane olub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*