Finlandiya Prezidenti Aleksandr Stubb mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
KONKRET.az xəbər verir ki, bu haqda Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı COP29-da Azərbaycanın sədrliyi və regiondakı siyasi məsələlər barədə fikir mübadiləsi aparılıb.
Finlandiya Prezidenti dövlət başçısının dəvətinə əsasən COP29-da iştirakını təsdiq edib.
