Finlandiya rusiyalı turistlər üçün SƏRHƏDLƏRİ AÇIRbackend

Finlandiya rusiyalı turistlər üçün SƏRHƏDLƏRİ AÇIR

Finlandiya hökuməti Rusiyadan gələn turistlər üçün sərhədi açmaq qərarına gəlib. İyunun 30-dan sonra ora getmək mümkün olacaq.

KONKRET.az Finlandiya Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar Finlandiyanın xarici sərhədlərinə giriş məhdudiyyətləri iyunun 30-da başa çatır.

“Bu o deməkdir ki, Finlandiyaya gələn üçüncü ölkə səyahətçilərindən artıq peyvənd və ya COVID-19 test sertifikatları, nə də sərhəd keçidlərində koronavirus testindən keçmək tələb olunmur. Səhiyyə orqanları artıq xarici sərhədlərdə məhdudiyyətlərin tibbi əsaslandırılmasının olmadığı qənaətinə gəliblər. Sərhəd nəzarəti pandemiyadan əvvəlki vəziyyətə qayıdır”, – Finlandiya Daxili İşlər Nazirliyi açıqlamasında bildirib.

“İndi sərhədi keçmək üçün yalnız viza ilə pasportun olması kifayət edəcək. Məhdudiyyətlərin aradan qaldırılmasının üçüncü ölkələrdən gələn axını artıracağı gözlənilir. Məsələn, şərq sərhədində nəqliyyatın hərəkəti arta bilər. Trafikin həcminə digər şeylərlə yanaşı, rusların səyahət etmək istəyi və etibarlı vizaların sayı da təsir göstərir”, – nazirlik qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*