Finlandiya rusların ölkəyə girişinə tam qadağa tətbiq edəcəkbackend

Finlandiya rusların ölkəyə girişinə tam qadağa tətbiq edəcək 

“Bu gün biz turist axınını necə məhdudlaşdırmaq və ya tamamilə qarşısını almaq barədə qərar layihəsini hazırlamağı düşünürük. Yəqin ki, qadağaları əks etdirən sənəd tez qəbul ediləcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.

O qeyd edib ki, artıq işlərə başlanılıb və bu, Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə müxtəlif nazirliklərin ekspertləri tərəfindən həyata keçirilir.

“Finlandiya hətta başqa ölkələr tərəfindən verilmiş Şengen vizası olan ruslar üçün də tranzit ölkə olmaq istəmir və indi biz bu marşruta nəzarəti öz əlimizə almaq istəyirik”, – deyə nazir fikrini yekunlaşdırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*