Finlandiyanın “Cinia” şirkəti noyabrın 18-də zədələnən “C-Lion1” sualtı fiber optik kabelini tamamilə bərpa edib.
KONKRET.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilir. Xatırladaq ki, Finlandiya ilə Almaniyanı birləşdirən iki sualtı kabel naməlum səbəblərdən sıradan çıxmışdı. Almaniyanın müdafiə naziri Boris Pistorius bunu təxribat adlandıraraq, Rusiya kəşfiyyatından şübhələndiklərini bildirmişdi. Qurumdan verilən məlumata görə noyabrın 28-də İsveç və Litvanı birləşdirən ikinci zədələnmiş kabel xətti də təmir edilib.
Vəli Həsənoğlu,
KONKRET.az