backend

Floydun ölümü ABŞ-ı qarışdırdı – VİDEO

Corc Floydun ölümündən sonra küçəyə çıxıb ədalət tələb edən minlərlə etirazçı və polis arasında toqquşmalar davam edir.

KONKRET.az xəbər verir ki, yüzlərlə insan Ağ Evin qarşısında toplaşıb, Nyu Yorkda isə bir polis idarəsi etirazçılar tərəfindən yandırılıb.

Los-Ancelesdəki polis maşınlarına ciddi ziyan vurulub.

Qeyd edək ki, polis saxtakarlıqda şübhəli bilinən qaradərili Corc Floydu saxlayarkən, onu yerə uzadıb və əlini arxadan qandallayıb. Bu zaman dizini onun boynuna qoyub. Floyd nəfəs ala bilmədiyini və boğulduğunu desə də, polis buna əhəmiyyət verməyib. Nəticədə şübhəli boğularaq ölüb.

Bu olay ABŞ-da böyük etirazlara səbəb olub.

Floydun ölümünə səbəb olan Minneapolis polis məmuru Derek Çauvin cümə günü üçüncü dərəcəli qətl və cinayətə təşəbbüslə həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*