Formula 1-ə görə bağlanan yolların açılması ilə bağlı qərar dəyişdirildi – Yenilənibbackend

Formula 1-ə görə bağlanan yolların açılması ilə bağlı qərar dəyişdirildi - Yenilənib

Bu gün saat 18:00-dan etibarən Bakı şəhərində nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı əksər prospekt və yollar açılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən KONKRET.az-a verilən məlumata görə, 10 – 12 iyunda keçirilmiş “Formula 1” üzrə Azərbaycan Qran-prisi ərəfəsində bağlanmış prospekt və küçələr bu gündən etibarən sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa, iyunun 13-dən 20-ə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-ə qədər aradan qaldırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildirir.

***

11:41

“Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar hərəkətin məhdudlaşdırıldığı bütün yollar iyunun 14-də tam olaraq açılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) KONKRET.az-a verilən məlumata görə, iyunun 6-dan bağlanan prospekt və küçələr sabah saat 10:00-dan tamamilə sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa, yollarda təhlükəsizlik məqsədilə quraşdırılmış beton bloklar iyunun 20-dək götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

BŞH bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*