Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyət istiqamətləri müəyyənləşdibackend

Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyət istiqamətləri müəyyənləşdi

Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyət istiqamətləri müəyyənləşib.

KONKRET.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası”nda əksini tapıb.

Komendantlığın fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. komendantın Qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək;

2. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin vahid mərkəzdən idarə olunmasını təşkil etmək;

3. fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək;

4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*