“Fox News”un aparıcısı Baydeni cinayətdə İTTİHAM ETDİbackend

"Fox News"un aparıcısı Baydeni cinayətdə İTTİHAM ETDİ

“Fox News”un aparıcısı Taker Karlson ABŞ Prezidenti Co Baydeni miqrant axınında ittiham edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, aparıcı bunu ABŞ-a qarşı ən böyük cinayət adlandırıb.

“Bayden administrasiyası açıq sərhədlərimizlə bağlı heç nə etməyib. Düzünü desəm, seçki yaxınlaşdıqca vəziyyət daha da pisləşib”, – deyə Karlson bildirib.

Telekanalın müxbiri meksikalı miqrantların ABŞ-a çatmaq üçün Rio-Qrandedən keçməsini əks etdirən dron görüntülərini yayımlayıb.

“Bu, ölkəmizin tarixində indiyə qədər törədilən ən böyük cinayətdir”, – aparıcı videoya şərh verib.

Qeyd edək ki, noyabrın 8-də ABŞ-da Konqresə aralıq seçkilər keçiriləcək. Sosioloji araşdırmalara görə, qeyri-qanuni miqrasiya amerikalılar üçün ən vacib məsələlərdən biridir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*