“France 24” telekanalının fəaliyyəti bu ölkədə DAYANDIRILDIbackend

France 24” telekanalının fəaliyyəti bu ölkədə DAYANDIRILDI

BurkinaFasoda Fransanın “France 24” telekanalının yayımı dayandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Burkina-Faso hökuməti kanalın yayımını dayandırmağı əmr edib.

Məlumata görə, ölkə hökuməti martın 1-də Fransa ilə 60 il əvvəl imzalanmış hərbi müqaviləni pisləyib. Yanvarın əvvəlində isə Burkina-Faso Parislə müdafiə sahəsində müqaviləni pozub. Qeyd edək ki, bu müqavilə əsasında 400-ə qədər döyüşçüdən ibarət Fransa xüsusi təyinatlı kontingenti Afrika ölkəsinin ərazisində yerləşirdi. Fevralın 19-da 2009-cu ildən bəri Burkina- Fasoda olan fransız qoşunları ölkəni tərk edib.

Agentliyin məlumatına görə, Fransanın Afrikadakı çətinlikləri son illərdə sürətlə artıb. Belə ki, Mali, Mərkəzi Afrika Respublikası, Burkina-Faso hökuməti fransız qüvvələrinin öz ərazilərindən tamamilə çıxarılmasını tələb edib. Çad, Niger və Konqo Demokratik Respublikasında son aylarda Fransanın varlığına qarşı böyük nümayişlər keçirilib.

Qeyd edək ki, hazırda Afrikadakı bazalarda təxminən 3500 fransız əsgəri var.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*