“Fransanın aprel ayında Ukraynaya göndərilməsi üçün 1,5 min hərbçini döyüş hazırlığı vəziyyətinə gətirməsi gözlənilir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib.
Onun sözlərinə görə, Parisin Ukraynaya göndərmək məqsədilə hərbi kontingent hazırlaması ilə bağlı yeni məlumatlar ortaya çıxıb:
“Bu məqsədlər üçün Fransa Xarici Legionunun komandanlığı martın əvvəlində təxminən 1,5 min nəfərdən ibarət batalyon-taktiki qrupunun tərkibini təsdiqləyib”.
Xatirə SADİQ,
KONKRET.az