Fransa məhkəməsi ukraynalı oliqarxı ölkəsinə təhvil verməkdən İMTİNA ETDİbackend

Fransa məhkəməsi ukraynalı oliqarxı ölkəsinə təhvil verməkdən İMTİNA ETDİ

Fransa məhkəməsi oliqarx Konstantin Jevaqonu Ukrayna tərəfinə təhvil verməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Oliqarxın vəkilləri bildirib ki, məhkəmə bunu sorğu verən dövlətin müharibə vəziyyətində olması ilə əlaqələndirib.

Xatırladaq ki, Jevaqo ləğv edilmiş Maliyyə-Kredit Bankının 2,5 milyard qrivnadan çox məbləğdə əmlakını mənimsəməkdə şübhəli bilinir.

Məhkəmə artıq Jevaqonun müəssisələrinin səhmlərinə, icmaların korporativ hüquqlarına, həmçinin oliqarxın daşınmaz əmlakına həbs qoyub.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*