“Fransa Senatının qəbul etdiyi sənəd beynəlxalq terrorizmə və separatizmə dəstəkdir” – AÇIQLAMAbackend

"Fransa Senatının qəbul etdiyi sənəd beynəlxalq terrorizmə və separatizmə dəstəkdir" - AÇIQLAMA

Fransa Senatının qərarı erməni lobbisinin göstərişi və onların təsiri ilə qəbul edilib. Artıq bütün dünya bunu bilir”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Cavid Osmanov bildirib.

Deputat vurğulayıb ki, Fransa Senatının qəbul etdiyi sənədin heç bir hüquqi qüvvəsi yoxdur: “Bu sənəd tövsiyə xarakterlidir. Məlum olduğu kimi, bir neçə senat öz səsini artıq geri götürüb. Bütün siyasi kluarlarda belə bir yekdil fikir var ki, Türkiyə və Rusiyanın münaqişənin həllində rolu Ermənistana havadarlıq edən Fransanı heç də qane etmirdi. XVI əsirdən başlayaraq hər zaman müstəmləkə siyasətini həyata keçirən Fransanın sərgilədiyi mövqe açıq-açkar işğalçını dəstəkləmək məqsədi daşıyır. Bu qətnamədə Azərbaycandan çox Türkiyənin adının hallanması çoxlu sayda suallar doğurur. Bu baxımdan sənədin mahiyyətində türkofobiya və islamofobiya dayanır. Eyni zamanda Fransa geosiyasi maraqlarını həyata keçirə bilməməsindən çox narahatdır”.

Deputat vurğulayıb ki, əslində bu sənəd eyni zamanda Rusiya və Türkiyəyə qarşıdır: “Bilirsiniz ki, 30 ildə ATƏT-in Minsk Qrupunun himayəsilə nəticəsiz danışıqlar prosesi iflas oldu. Fransa indi bunu həzm edə bilmir. Senatının qəbul etdiyi sənəd təsəlliverici mahiyyət daşıyır və görünən odur ki, sadəcə kağız parçasıdır.

Əslində Fransanın qanunverici orqanın bütün beynəlxalq hüquqa qarşı çıxması bu dövlətdə qanunların nə vəziyyətdə olmasından xəbər verir. 1993-cü ildə Fransa dövlət olaraq BMT-nin qəbul etdiyi 4 qətnaməyə dəstək olmuşdu və Azərbaycanın ərazi bütövlüyünü tanımışdı. Fransanın qəbul etdiyi sənəd absurd, gülməli olmaqla yanaşı, eyni zamanda qaranlıq məqamları ilə də diqqəti cəlb edir.  Belə ki, Fransa senatının qəbul etdiyi sənədə görə biz torpaqlarımızı erməni işğalçılarına geri qaytarmalıyıq. Belə hesab edirəm ki, Fransanın qondarma rejimi tanıması ilə bağlı cəhdləri bölgədə təhlükəsizliyə təhdiddir. Çünki sənəd qlobal işğalçılığa, terorrizmə və separatizmə dəstəkdir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*