Fransanın paytaxtı Parisdəki hərbi muzeydən top, rəsm və sikkələrdən ibarət çoxlu sayda əsər yoxa çıxıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hakimiyyət “mədəni sərvətlərin oğurlandığını” elan edib.
Bildirilir ki, Parisdəki muzeydən 19-cu əsrə aid iki Krupp topu, beş köhnə rəsm kolleksiyası, bir saat və sikkələr yoxa çıxıb.
Lakin rəsmi orqanlar əsərlərin oğurlanması ilə bağlı qəti fikir bildirməyib.
Yer dəyişikliyi və ya sadə qeydiyyat xətası səbəbindən əsərlərin tapılmaması ehtimalı da nəzərə alınır.
Qeyd edək ki, Parisdəki hərbi muzey Napoleonun məzarı da daxil olmaqla 7 bölmədən ibarətdir. Muzeydə 500 min eksponat var ki, onlardan 25 mini anbarda qorunur.
İqbal Rzayev,
KONKRET.az
