Fransada istilər səngimir: 43 il əvvəlki rekord təkrarlandıbackend

Fransada istilər səngimir: 43 il əvvəlki rekord təkrarlandı

Fransada müşahidə olunan anomal istilər müddətinə görə 43 il əvvəlki rekordu təkrarlayıb.

KONKRET.az “Franceinfo” radiostansiyasına istinadən xəbər verir ki, bu barədə Milli Meteorologiya Xidmətinin mütəxəssisləri məlumat veriblər.

Mənbənin məlumatına görə, Fransada anomal istilik dalğası 23 gün davam edib. Bu, 1983-cü ildə qeydə alınmış rekord göstərici ilə eynidir.

“Hazırkı istilik dalğası 1983-cü ilin iyul ayındakı istilərlə yanaşı, müşahidələr tarixində ən uzunmüddətli istilik dalğalarından biri hesab olunur”, – deyə məlumatda bildirilib.

Qeyd olunur ki, Fransada bu istiqamətdə meteoroloji müşahidələr 1947-ci ildən aparılır.

Ekstremal istilərin Qərbi Avropaya qayıtdığı ötən həftə məlum olub. Nəticədə Parisdə havanın temperaturu 38.1 dərəcəyə yüksəlib. Bu göstərici 150 il əvvəl qeydə alınmış rekordu yeniləyib. Belə ki, 1876-cı ildə Parisdə temperatur 36.2 dərəcə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*