Fransanın şimalındakı Saşo kommunasında yerləşən “Stellantis” avtomobil zavodunun yandırılması nəticəsində 40-dan çox avtomobilə zərər dəyib.
KONKRET.az xəbər verir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində 52 avtomobilə ziyan dəyib, onlardan 42-si tamamilə yanıb. Bunlar yeni istehsal olunan “Peugeot 3008” və “Peugeot 5008” krossoverləridir.
Məlumata görə, müəssisənin mühafizəsi bazar günü saat 04:30-da zavodun anbarından bir nəfərin qaçdığını görüb.
Qeyd olunub ki, avtomobillər günəş panellərinin altında olub və alovlanıb. Ehtimal edilir ki, bu, yanğının yayılmasına səbəb olub.
İqbal Rzayev,
KONKRET.az
