Fransadan TƏXRİBAT – Türkiyənin bir hissəsini PKK-ya “HƏDİYYƏ ETDİ” – VİDEObackend

Fransadan TƏXRİBAT - Türkiyənin bir hissəsini PKK-ya “HƏDİYYƏ ETDİ” - VİDEO

Fransadan Türkiyəyə qarşı təxribat törədilib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fransanın “France 24” telekanalı Türkiyənin bir hissəsinin “qondarma Kürdüstan” kimi göstərib. Telekanalın yayımladığın video Ankarada qalmaqala səbəb olub.

Aparıcı “Kürdüstan”dan danışır və eyni zamanda PKK kürd terror qruplarının Türkiyənin parçalanması ilə bağlı arzularını əks etdirən, lakin reallığa uyğun gəlməyən xəritəni göstərir.

“Qalmaqal bununla da bitməyib. “France 24″ telekanalı Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası ilə bağlı hazırladığı hesabatda PKK-nın yalnız Ankara tərəfindən terrorçu kimi tanındığını iddia edib.

Onun da Avropa Birliyinin terror təşkilatları siyahısında olması faktı qeyd olunmayıb. Qanlı terror təşkilatı PKK-ya açıq şəkildə dəstək verilirdi”,- deyə Türkiyə mediası yazıb.

Bundan əlavə, France24-ün göstərdiyi xəritədə Azərbaycan əraziləri səhv göstərilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*