Fransanın İrəvandakı səfirliyi qarşısında anti-Azərbaycan qətnaməyə dəstək aksiyası keçirilir – FOTObackend

Fransanın İrəvandakı səfirliyi qarşısında anti-Azərbaycan qətnaməyə dəstək aksiyası keçirilir - FOTO

Bu dəqiqələrdə Fransanın İrəvandakı səfirliyi qarşısında aksiya keçirilir.

KONKRET.az xəbər verir ki, bu dəqiqələrdə Fransanın İrəvandakı səfirliyi qarşısında bu gün Fransa Senatında keçiriləcək anti-Azərbaycan qətnamə layihəsinə səsverməyə dəstək məqsədilə aksiya keçirilir.

Fransanın İrəvandakı səfirliyinin əməkdaşı səhər aksiyasının iştirakçılarından səfirə ünvanlanmış Senatın Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni dəstəkləyən təşəkkür məktubu alıb. Aksiya iştirakçıları 1699-a qədər imza toplayıblar ki, bu da təbii ki, səfirliyin diqqətini cəlb edib.

Qeyd edək ki, ümumfransız petisiya saytında yerləşdirilən və 125 mindən çox səs toplayan Azərbaycan xalqı adından Senata və Fransa xalqına ünvanlanan petisiya Fransa mediası və xüsusən də Xarici İşlər Nazirliyi tərəfindən diqqətdən kənarda qalmağa üstünlük verib.

Oktyabrın 15-də Fransanın Bakıdakı səfirliyi qarşısında eyni münasibətlə keçirilən etiraz aksiyası zamanı diplomatik missiyanın nümayəndələri aksiya iştirakçılarının qarşısına çıxmayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*