FTB rusiyalı oliqarxın evlərini Trampla əlaqələrinə görə axtarır – Onları nə birləşdirir?backend

FTB rusiyalı oliqarxın evlərini Trampla əlaqələrinə görə axtarır - Onları nə birləşdirir?

Amerikanın NBC telekanalı rusiyalı milyarder Oleq Deripaskanın evində axtarışların aparıldığını bildirib.

KONKRET.az xəbər verir ki, nəşrin jurnalisti Tom Vinter onun 45-ci Amerika prezidenti Donald Trampın seçki kampaniyası ilə əlaqəli ola biləcəyini güman edir. FTB bildirir ki, axtarışlar məhkəmənin icazəsi ilə keçirilir.

Biznesmenin nümayəndəsi “Kommersant” a bildirib ki, Nyu -York və Vaşinqtonda bir neçə evdə axtarışlar aparılır, lakin Deripaskanın özü bu əmlakların sahibi deyil və istintaq hərəkətləri ABŞ-ın sanksiyaları ilə əlaqədar olan iki məhkəmə qərarı əsasında aparılır.

NBC, axtarışların mümkün səbəblərini də güman edir.

Məlumdur ki, Deripaska Donald Trampın keçmiş köməkçisi və onun seçki qərargahının rəhbəri Pol Manafort ilə əməkdaşlıq edə bilərdi. Manafortun Rusiya və Ukrayna oliqarxların iştirakı ilə milyonlarla dollarlıq sövdələşmələrin əsas iştirakçısı olduğu iddia edilir.

Nəşr bildirir ki, 2008-ci ildə Manafortun firması və ukraynalı oliqarx Dmitri Firtaş arasındakı münasibətlər haqqında məlumat üzə çıxıb. Firtaş öz sərvətini Ukraynaya qaz tədarükü əməliyyatlarında iştirak edərkən qazanıb.

NBC, eyni zamanda, Kayman Adalarındakı məhkəmə materiallarına istinadən, Deripaskaya məxsus olan şirkətin investisiya fondunu idarə etmək üçün Manaforta 7,35 milyon dollar ödədiyini yazır./virtualaz/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*