“Azərbaycandan diri heyvan və heyvan mənşəli məhsulların ixracının təşkil edilməsi məqsədi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bir hissəsində heyvan xəstəliklərindən azad zonanın yaradılması üzrə işlər aparılır”.
KONKRET.az xəbər verir ki, Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nun “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” panelində bildirilib ki, bu işlər Kənd Təsərrüfatı Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirilir.
“İndiki halda Füzuli rayonu ərazisində giriş karantin nöqtələri yaratmaqla əraziyə gətirilən bütün heyvanların identifikasiya edilməsi, baytarlıq norma və qaydaları gözlənilməklə yerləşdirilməsi və saxlanmasının həyata keçirilməsi planlaşdırılır”.
