Füzuliyə qayıdış başlayır – Tarix AÇIQLANDIbackend

Füzuliyə qayıdış başlayır - Tarix AÇIQLANDI

Füzuli şəhərinə qayıdış prosesi sabah başlayır. 

KONKRET.az xəbər verir ki, 90 nəfərdən ibarət 23 ailə avqustun 18-də Füzuliyə köç edəcək.

İlkin mərhələdə 144 ailə köçürüləcək.

Qeyd edək ki, avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib.

Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*