G20-də Rusiyanı Lavrov təmsil edəcəkbackend

G20-də Rusiyanı Lavrov təmsil edəcək

Rusiya prezidenti Vladimir Putin Balidə keçiriləcək G20 sammitinə getməyəcək, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə cümə axşamı TASS-a dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“G20 sammitində Rusiyanı Sergey Lavrovun təmsil etməsi qərara alınıb”, – Kremlin sözçüsü bildirib.

Reuters-ın yaydığı məlumata görə, Rusiya lideri qarşıdakı sammitin sessiyalarından birində onlayn iştirak edə bilər.

G20 sammiti noyabrın 15-16-da baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*