G7 liderləri Belarusa qarşı yeni sanksiyaları MÜZAKİRƏ EDƏCƏKbackend

G7 liderləri Belarusa qarşı yeni sanksiyaları MÜZAKİRƏ EDƏCƏK

G7 liderləri Belarusa qarşı yeni sanksiyaların mümkünlüyünü müzakirə edəcəklər.

KONKRET.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna “Frans enter” radiosuna deyib.

Onun sözlərinə görə, G7 liderləri çərşənbə axşamı Belarusun Ukrayna münaqişəsində iştirak edəcəyi təqdirdə ona qarşı yeni sanksiyaların tətbiqi imkanlarını müzakirə edəcəklər.

“Belarusa xəbərdarlıq etmək lazımdır ki, Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlara hər hansı dəstək əlavə sanksiyalara səbəb olacaq”, – nazir əlavə edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*