Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Azərbaycanın şəhərləri arasında gecələr reallaşdırılan avtobus reyslərinin sayını artıracaq.
KONKRET.az-ın məlumatına görə, yenilik gələn ilin mart ayından olacaq: “Hazırda Bakıdan Gəncə, Qırmızı Körpü, Mingəçevir, Şəki istiqamətlərində gecə reysləri həyata keçirilir. Daha 5 regionun bu siyahıya əlavə edilməsi nəzərdə tutulub”.
Xatırladaq ki, bu ilin oktyabrın 1-dən Bakıdan regionlara gecə reysləri bərpa olunub. Bu addım 10 illik fasilədən sonra atılıb.