Gədəbəydə iki avtomobil toqquşub.
KONKRET.az Report-a istinadən xəbər verir ki, nəticədə beşi bir ailənin üzvü olmaqla, 6 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
