Gədəbəydə mərkəzi stadionu şumlayıblar? – Açıqlamabackend

Gədəbəydə mərkəzi stadionu şumlayıblar? - Açıqlama

Gədəbəy rayonundakı mərkəzi stadionla bağlı məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə KONKRET.az-a Gədəbəy rayon kompleks uşaq-gənclər idman məktəbindən məlumat verilib.

Məlumata görə, stadionun yenidən təmirə ehtiyacı olduğu nəzərə alınaraq futbol menecerləri tərəfindən şumlanıb və yenidən qazon toxumu səpmək üçun işlər aparılıb.

Bundan əlavə qeyd edilib ki, stadionun bərpası tezliklə təmin olunacaq və idmançıların istifadəsinə veriləcək.

Qeyd edək ki, Gədəbəy rayonu mərkəzi stadionunun şumlanıldığı barədə məlumatlar yayılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*