Sudanın Suakin şəhərindəki Osman Dikna limanında Omana ixrac edilmək üçün 15 800 baş xırdabuynuzlu mal-qara ilə yüklənmiş gəmi batıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Sudanın rəsmi xəbər agentliyi “SUNA” maddi ziyanın təxminən 400 min dollar olduğunu vurğulayıb.
Sudan Heyvandarlıq Naziri Hafiz İbrahim Abdunnebi verdiyi açıqlamada xilasetmə işlərinin davam etdiyini qeyd edib.
Heyvan İxracatçıları Şöbəsinin rəhbəri Salih Salah isə 700 heyvanın xilas edildiyini, lakin onların vəziyyətinin yaxşı olmadığını bildirib.

İqbal Rzayev,
KONKRET.az
