Gəmi qəzaya uğradı: Ölənlər varbackend

Gəmi qəzaya uğradı: Ölənlər var

İspaniyanın şimalındakı Kantabriya muxtar icmasının sahillərində gəmi batıb. Hadisə nəticəsində ən azı iki nəfər ölüb, bir nəfər isə itkin düşüb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə region hökumətinin başçısı Migel Anxel Revilya tviterdə yazıb.

“Bu səhər yerli vaxtla saat 05:30-da “Villaboa 1″ gəmisi Kabo-Mayor sahillərində qəzaya uğrayıb”, – deyə o bildirib.

Onun sözlərinə görə, gəmidə 10 ekipaj üzvü olub.

Hadisənin səbəbləri hələlik dəqiqləşdirilməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*