Gəmi yandı: 12 nəfər ÖLDÜbackend

Gəmi yandı: 12 nəfər ÖLDÜ

Filippində sərnişin gəmisində baş verən yanğın nəticəsində azı 12 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə  “ABSCBN” media qrupu məlumat yayıb.

Bildirilib ki, ölənlər arasında ən azı üç uşaq var.

Məlumata görə, Baluk-Baluk adasında alovlanan “Lady Mary Joy 3” gəmisində 200-dən çox sərnişin olub.

Qeyd olunub ki, 200-ə yaxın insan xilas edilib, onlardan 14-ü xəstəxanaya çatdırılıb. Sahil Mühafizəsi itkin düşmüş 7 nəfərin axtarışını davam etdirir.

Yanğının səbəbləri araşdırılır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*