Gənc amerikalı qadının Türkiyədə müayinə qiymətləri GÜNDƏM OLDUbackend

Gənc amerikalı qadının Türkiyədə müayinə qiymətləri GÜNDƏM OLDU

Amerikalı qadının Türkiyəyə gələrək öz ölkəsindən qat-qat ucuz müayinədən keçməsinin görüntüləri sosial mediada gündəmə səbəb olub.

KONKRET.az xəbər verir ki, Amerikalı sosial media fenomeni Brun Elizanın Türkiyəyə gələrək “ucuz” müayinədən keçməsi gündəm olub. Əvvəllər Türkiyəyə gələn və saçını burada ucuz kəsdirdiyini deyən Eliza ABŞ-da ən az 10 min dollara çekap apardığını, Türkiyədə isə özünü 810 dollara müayinə etdiyini deyib.

Özəl xəstəxanada müayinədən keçən qadın bildirib ki, “Həyatımın ən əhatəli müayinəsindən keçmək üçün Türkiyəyə uçdum. ABŞ-da olsaydı, on minlərlə dollar xərcləməli olardım və aylarla növbə gözləyərdim”.

Boyun ölçülməsi, qan analizi, EKQ, rentgen və qalxanabənzər vəzin ultrasəs müayinəsi kimi yoxlamaların aparıldığını deyən gənc qadın xəstəxana rəhbərliyinin ona restoranda yemək təklif etdiyini də bildirib. Daxili xəstəliklər həkimləri tərəfindən də müayinə ediən qadın 30-a yaxın analiz verdiyini bildirib.

Ginekologiya şöbəsinə də gedən gənc qadın kardioloqa da müraciət edib.

Gənc qadının paylaşımı səs-küyə səbəb olub. Bir istifadəçi “ABŞ-da olsaydı, təzyiqini ölçüb boş-boşuna evə göndərərdilər”, – deyə vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*