Gənc qız dağıntıların 8 metr dərinliyindən xilas edildi – VİDEO/FOTObackend

Gənc qız dağıntıların 8 metr dərinliyindən xilas edildi - VİDEO/FOTO

Adıyamanda xilasedicilər dağıntıların 8 metr dərinliyinə enərək 17 yaşlı Gülsüm Yeşilkayanı 90 saat sonra xilas ediblər.

KONKRET.az TRT Haberə istinadən xəbər verir ki, səhər saat 09.00 radələrində Gülsümün səsini eşidən qruplar 13 saatdan sonra onu xilas edə biliblər.

Dağıntılar altından çıxarılan gənc qızın səhhətinin yaxşı olduğu bildirilir.

Həmin görüntüləri təqdim edirik:

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 17 674-ə çatıb. Təbii fəlakət zamanı 72 879 nəfər yaralanıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*