Təxminən bir saat bundan öncə Gəncə sakinləri səmada uçan naməlum cihaz müşahidə ediblər.
KONKRET.az xəbər verir ki, hadisə yerli vaxtla 19:48 radələrinə təsadüf edib.
Video görüntülərə əsasən uzun işıqlarla təchiz olunan cihaz uçaraq gözdən itir.
Qeyd edək ki, bəzi sosial şəbəkələrdə bunun”Spase X” şirkətinin “Starlink” peykləri olduğu haqda məlumatlar yayılıb.
Bizim.media
