Gəncədə daha iki tibb ocağının baş həkimləri vəzifədən azad edildibackend

Gəncədə daha iki tibb ocağının baş həkimləri vəzifədən azad edildi

Gəncə şəhər Üzeyir Hacıbəyli adına Ailə Sağlamlıq Mərkəzinin və Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-in Kardioloji Xəstəxanasının baş həkimləri tutduğu vəzifədən azad olunublar.

KONKRET.az-ın məlumatına görə, Üzeyir Hacıbəyli adına Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Gülxar Kamran qızı Əsgərova yaş həddi səbəbindən tutduğu vəzifədən azad olunub.

Həmçinin, Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-in Kardioloji Xəstəxanasının baş həkimi Fəxrəddin Namaz oğlu Namazov da yaş həddinə görə vəzifəsindən azad edilib.

Xatırladaq ki, Zülfüqar Məmmədov adına Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Qafar İbrahimov da baş həkim vəzifəsindən azad edilib. /report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*