Gəncədə dövlət qurumuna məxsus yük maşını yaşlı qadını vurub öldürdübackend

Gəncədə dövlət qurumuna məxsus yük maşını yaşlı qadını vurub öldürdü

Gəncədə qadın yol qəzasında ölüb.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospekti ilə Mirzə Abbas Abbaszadə küçəsinin kəsişməsində baş verib. Belə ki, hərəkətdə olan yük avtomobili yolu keçən 50-60 yaş arasında qadını vurub. Qadın hadisə yerində ölüb, hazırda onun kimliyi dəqiqləşdirilir.

İlkin məlumata görə, piyadanı vuran yük avtomobili Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinə məxsusdur.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*