Gəncədə mənzildən yaşlı qadın meyiti tapılıb.
KONKRET.az-ın xəbərinə görə, meyit şəhərin “Qəsəbə” adlanan ərazisində yerləşən mənzildə aşkar edilib.
Qonşuların sözlərinə görə, yaşlı qadın təxminən 6 aydır yoxa çıxıbmış. Bu müddətdə onun qohumlarının evində qaldığı ehtimal edilib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun APA-ya verdiyi xəbərə görə, meyiti tapılan qadın 1929-cu il təvəllüdlü Gəncə şəhər sakini Yelifolida Strelkovadır. /Apa
