Gəncədə Özbəkistan vətəndaşı qəza törətdi – 2 nəfər öldübackend

Gəncədə Özbəkistan vətəndaşı qəza törətdi - 2 nəfər öldü

Özbəkistan vətəndaşı Tuhktaev Habibjon sərxoş vəziyyətdə idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə avqustun 5-də Gəncə şəhəri Atatürk prospektində idarəetməni itirərək yolun sağ kənarında olan işıq dirəyinə, daha sonra isə ağaca çırpılıb.

KONKRET.az xəbər verir ki, nəticədə avtomobildə olan sərnişin – 1989-cu il təvəllüdlü Abdullayev Emil Cavanşir oğlu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü Nabibjon Tuhktaev və bir azyaşlı olmaqla iki nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində 1999-cu il təvəlüdlü Lətifova Ayşən Mövsüm qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Habibjon Tuhktaev şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Gəncə şəhər BPİ-nin İTİ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*