Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə, şəhərin Heydər Əliyev prospektində hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1997-ci il təvəllüdlü R.Abdullayevi vurub.
Ağır xəsarətlər alan piyada xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
