Tələbələr arasında baş verən kütləvi dava ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB / VİDEObackend

Tələbələr arasında baş verən kütləvi dava ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB / VİDEO

Gəncədə tələbələr arasında kütləvi dava ilə bağlı rəsmi açıqlama verilib.

KONKRET.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, noyabr ayının 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışı keçirilib.

Bu zaman oyunçular arasında mübahisə və sıxlıq yaranıb. Sözügedən video ilə bağlı polisə hər hansı məlumat daxil olmayıb, lakin buna baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları videodakı tələblər ilə söhbət aparıb və araşdırma zamanı məlum olub hər hansı bir xəsarət olmayıb.

Tələbələrlə profilaktiki söhbətlər aparılıb, araşdırmalar davam etdirilir.

21:35

Gəncədə tələbələr arasında kütləvi dava olub.

KONKRET.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

İddialara görə, Aqrar Universitetin tələbələri ilə Gəncə Dövlət Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranmış mübahisə kütləvi davaya çevrilib. Hadisə zamanı xəsarət alan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*