Türkiyədə zəlzələdən zərərçəkənlər üçün ilk yardım avtomobilləri yola düşüb.
KONKRET.az xəbər verir ki, xüsusi ayrılan məntəqədən yeddi TIR markalı yük maşınları zəlzələnin baş verdiyi bölgəyə hərəkət edib.
Yolasalma mərasimində Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, şəhər rəsmiləri və digər şəxslər iştirak edib.
Əsasən istilik sistemləri, yataq dəstləri, çadırlar, dərman ləvazimatları göndərilir.

