Gənc tədqiqatçılar Elnur Nəciyev və Günay Nəciyeva “Tariximizi birgə öyrənək” layihəsi çərçivəsində 1988-ci ilin anti-sovet xalq hərəkatı barədə videoçarx hazırlayıblar.
KONKRET.az-ın məlumatına görə, videoda 16 may 1988-ci ildə Bakıda keçirilmiş mitinqin tələbləri öz əksini tapıb. O zaman “Azərbaycan dili sözdə yox, işdə dövlət dili səviyəsinə qaldırılsın”, “Azərbaycan türkcəsini bilməyənlərin mühüm vəzifələrdə qalması qeyri-qanuni sayılsın”, “Ermənistanda yaşayan Azərbaycan türklərinə işgəncə verilməsinə, sıxışdırılmasına, təhqir olunmasına son qoyulsun”, “Azərbaycana xəyanət etdikləri üçün S.Şaumyan və A.Mikoyanın adına rayon, küçə, müəssisə adları dəyişdirilsin, heykəlləri aradan götürülsün” və s. şüarlar səsləndirilib.
Qeyd edək ki, gənclər bu videonu 1991-ci ildə Ankarada çap olunmuş “Qarabağ dosyesi” kitabından istifadə edərək hazırlayıblar.
