Golden Palace hoteli dövlət mülkiyyətinə verildi  – Dövlət Gömrük Komitəsinin keçmiş sədrinin əmlakı tam müsadirə olundubackend

"Golden Palace" hoteli dövlət mülkiyyətinə verildi  - Dövlət Gömrük Komitəsinin keçmiş sədrinin əmlakı tam müsadirə olundu

KONKRET.AZ erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Dövlət Gömrük Komitəsinin keçmiş sədri Armen Avetisyana məxsus olan hotel bütün mülkiyyətilə dövlətin hesabına keçdi. Qeyd edək ki, hələ bu barədə ötən ildən hazırlıq işləri aparılırdı. Bu gün keçirilən hökumət iclasında bildirilib ki, Tsaxkadzordakı hotel Ermənistana bağışlanma proseduru başa çatıb. İclasa çıxış edən əsas məruzəçi Suren Papikyan hotelin bazar dəyərinin 7 milyard 535 milyon 889 min dram olduğunu açıqlayıb. Qeyd edək ki, hotelə məsus binaların ərazisi 19 758 kvadratmetr, ümumi torpaq sahəsi 1.38 hektardır. Otelin binanın içərisindəki bütün əmlakı ilə birlikdə ümumi dəyəri 312 889.000 dram qiymətləndirilir. Papikyan qeyd edib ki, əmlak sonradan dövlət ehtiyacları üçün Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinə verilməlidir. Buna qədər isə həvalə ediləcək əmlak təhvil verilənədək polislər tərəfindən siyahıya alınaraq qorunacaq.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*