Goranboyda iki yük maşını toqquşdu – VİDEObackend

Goranboyda iki yük maşını toqquşdu - VİDEO

Fövqəladə Hallar Nazirliyinə (FHN) Goranboy rayonu, Goran qəsəbəsi ərazisində, Bakı-Qazax avtomobil yolunun 318-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, FHN-in məlumatına görə, dərhal hadisə yerinə xilasedicilər cəlb edilib.

Hadisə yerində məlum olub ki, “FORD” və “KAMAZ” markalı yük avtomobillərinin toqquşması nəticəsində qəza baş verib. “FORD”un sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər 1990-cı il təvəllüdlü sürücü Qərib Cəfərovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*