Goranboyda məktəbə narkotik aludəçiləri toplaşır? – DİN-dən açıqlamabackend

Goranboyda məktəbə narkotik aludəçiləri toplaşır? - DİN-dən açıqlama

Daxili İşər Nazirliyi (DİN) Goranboy rayonunda orta məktəb binasına narkotik aludəçilərinin toplaşdığı iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov KONKRET.az-a bildirib ki, respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Goranboyda da Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mütəmadi olaraq həm profilaktiki, həm də əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

“Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı isə polis əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Məktəbə bitişik olan təsərrüfat binasında hər hansı bir narkotik və ya narkotik istifadə edilməsi üçün əşya aşkarlanmayıb. Divardakı qan ləkəsindən isə nümunə götürülərək müvafiq ekspertizaya göndərilib”, – DİN rəsmisi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*