Görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun həyat yoldaşı vəfat etdibackend

Görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun həyat yoldaşı vəfat etdi

Görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun ömür-gün yoldaşı Xalidə xanım dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla öz sosial şəbəkə hesabında məlumat verib.
“Bu gün ünlü Azərbaycan bəstəkarı, pedaqoq, görkəmli musiqi xadimi, professor, “Ölülər”, “Natəvan” operalarının və çoxsaylı qiymətli musiqi əsərlərinin müəllifi Vasif Adıgözəlovun ömür-gün yoldaşı Xalidə xanım dünyasını dəyişib.
Mərhumun ailə üzvlərinə və yaxınlarına, oğlanları – görkəmli Azərbaycan dirijoru, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının xalq artisti Yalçın Adıgözəlova və dəyərli həmkarımız Toğrul Adığözəlova dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik.
Məlumat üçün bildirirəm ki, mərhumənin cənazəsi sabah saat 11-də Bakı şəhəri, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi), 23 ünvandan – Bəstəkarlar binasının həyətindən götürüləcək və dəfn üçün Quba şəhərinə aparılacaqdır”, – Adil Qeybulla yazıb.
Allah rəhmət etsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*